Sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı var

Qarlı hava şəraiti Göygöldə 2 yol qəzasının baş verməsinə səbəb olub.

Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.

Bakı-Qazax magistralının Göygöldən keçən hissəsində sərnişin avtobusu ilə NİVA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər yaralanıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağır hesab edilir. Qəzadan sonra avtobusun digər sərnişinləri saatlarla yolda gözləməli olublar. Sərnişinlərin sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub və gedib.

İlkin versiyaya görə hadisəyə qarlı hava və sürücünün ehtiyatsızlığı səbəb olub.

Göygöldəki daha bir qəzanı isə Daşkəsən sakini törədib. Əli Hüseynov avotomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomaşını qarşı tərəfdən gələn İlqar Yusibovun VAZ markalı avtomobilinə çırpıb. Bu qəzada isə VAZ 21015-də olan şərnişin Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hər iki qəza ilə bağlı araşdırma aparılır.(ANS)