06:48
(077) 610-22-33

“Hyundai” sərnişin avtobusu ilə “Niva” toqquşub - xəsarət alan var

  • >
867 31 Mart 2014 20:27 | Hadisə

Göygöl rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Dövlət Yol Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 366-cı kilometrliyində, Göygöl rayonu ərazisində baş verib.

Belə ki, Maarif Sadıqov idarə etdiyi "Hyundai" markalı sərnişin avtobusu ilə paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib, rayon sakini Polad Verdiyevə məxsus "Niva" markalı avtomobillə toqquşub.

Hadisə zamanı "Niva" nın sürücüsü, onun həyat yoldaşı Xəyalə Verdiyeva, azyaşlı uşaqları: 12 yaşlı Elşən, 11 yaşlı Xəyal, 9 yaşlı Ayşən Verdiyeva Göygöl rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanadan bildirilib ki, yalnız Polad Verdiyev xəsarət aldığından müalicə olunur. Onun həyat yoldaşı və uşaqları evə buraxılıb.

Qeyd edək ki, qəzadan sonra avtobusun sərnişinləri saatlarla yolda gözləməli olublar. Onların sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub uzaqlaşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsinin istintaq və tədqiqat şöbəsində araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya səbəb sərnişin avtobusunun yolun qarlı olmasına baxmayaraq yüksək surətlə hərəkət etməsi olub.


AzNews.az
Bağla X