13:01
(077) 610-22-33

Yaşlı qadının intihara cəhdinin qarşısı alınıb

  • >
738 31 Mart 2014 21:13 | Hadisə

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şirvan şəhəri ərazisində yaşlı qadının intihara cəhd etməsi barədə məlumat daxil olub.

Hadisə yerinə gəlmiş yanğınsöndürən-xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən həmin şəxsin təxminən 15 metr hündürlükdən özünü aşağı atmaq niyyətində olduğu məlum olub.

Yanğınsöndürən-xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar. Xilasetmə əməliyyatı saat 20:02-də başa çatıb.


AzNews.az
Bağla X