Abşeronda qadından heroin və tiryək götürüldü

Abşeronda Şirvan şəhər sakinindən narkotik vasitələr götürülüb.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, martın 31-də Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Aygün Qədirovadan 0,224 qram narkotik vasitə olan heroin götürülüb.

Onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 12,7 qram narkotik vasitə olan tiryək aşkar edilib.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az