20:55
(077) 610-22-33

11-ci sinif şagirdi iki məktəblini bıçaqlayıb

  • >
874 1 Aprel 2014 16:51 | Hadisə

Nizami rayonunda qanlı dava nəticəsində 11-ci sinif şagirdi iki məktəblini bıçaqla yaralayıb.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, cinayət dünən axşam metronun "Koroğlu" stansiyasının qarşısındakı "Alov" parkında baş verib.

Zəngilan rayon sakini, 1998-ci il təvəllüdlü 11-ci sinif şagirdi Hüseynov Ruslan Hikmət oğlu Sabunçu rayon sakinləri, orta məktəbin 9-cu sinfində oxuyan Cəfərov Rasim Musa oğlu və Camalov Kənan Babək oğluna bıçaqla xəsarət yetirib.

Hər iki şagird qarnından yara alıb. Camalovun xəsarəti ağır olduğu üçün o, 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Cəfərova gəldikdə isə, tibbi yardım göstərildikdən sonra xəstə evə buraxılıb. Bildirilir ki, hadisə yerində patrul xidməti aparan polis əməkdaşları dava edən məktəbliləri görərək, onların saxlanılmasını təmin ediblər.

Cinayətin motivi tam məlum deyil. İlkin araşdırma zamanı aydın olub ki, müxtəlif məktəblərdə oxuyan şagirdlər arasında münaqişə ötən həftə yaranıb. Hüseynov dünən onları görüşə çağırıb və özü ilə cib bıçağı da götürüb.

Hazırda xuliqanlıq faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.(Vesti.az)
Bağla X