Həmcinslərini xaricə “satan” azərbaycanlı tutuldu

İmişli rayon sakininin qadınları cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli rayon sakini Adilə Bağırova saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə qadınları Rusiya Federasiyasına və Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az