Azyaşlılar tort və lobyadan zəhərləndi

Bərdə rayonunda azyaşlılar tort və lobyadan zəhərləniblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Bərdə rayonu Kələntərli kənd sakinləri, azyaşlılar Ayşən Vəliyeva, Ömər Vəliyev, Ruhin Vəliyev, Yusif Vəlizadə, İbrahim Vəliyev, Zəhra Vəliyeva və Saleh Vəliyev qidadan (tort və lobyadan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib.

AzNews.az