11:32
(077) 610-22-33

Elnur Aslanova nazirlikdə vəzifə verildi- Yenilənib

  • >
1 451 2 Aprel 2014 12:44 | Hadisə

Bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilən Elnur Aslanov yeni vəzifəyə təyinat alıb.

Bu barədə Musavat.com-un mötəbər mənbələrdən aldığı məlumata görə, E.Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yüksək posta təyin olunub. Belə ki, o, bu günlərdə prezidentin təsdiqlədiyi əsasnamə ilə adı dəyişdirilən nazirliyin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsini icra edəcək. Məlumatlı mənbənin bildirdiyinə görə, E.Aslanov aprelin 1-də kollektivə təqdim olunub və rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Doğrudur, Elnur Aslanovun yeni vəzifəsi bundan əvvəlki məqamı iləmüqayisədə çox kiçikdir. Lakin əsas olan budur ki, prezident onu bir kənara atmadı və yenidən dövlət sisteminin içərisinə buraxdı. Bu, E. Aslanovu nəzarətdə saxlamaq üçün də həyata keçirilə bilər, eyni zamanda onun bağlı olduğu şəbəkənin qudrətini nəzərə alaraq, kompromis addım kimi də qiymətləndirilə bilər. İstənilən halda, məhz Türkiyədə seçkilər bitəndən dərhal sonra bu təyinatın həyata keçirilməsi maraq doğurur. (14.36)

***

Elnur Aslanovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yeni vəzifəyə təyin olunması təsdiqlənib.

Bu barədə "Axar.az"a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov məlumat verib.

O, Elnur Aslanovun dünəndən etibarən Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin sədri vəzifəsini icra etdiyini bildirib.

AzNews.az
Bağla X