Dəniz vağzalında bomba həyəcanı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda Bakı Dəniz Vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Dərhal FHN-nin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb.

Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə Bakı Dəniz Vağzalında və onun ətrafında olan insanların təhlükəsizliyini təmin etmiş, axtarış işləri aparıblar.

Axtarış nəticəsində heç bir partlayıcı qurğu aşkar edilməyib.

AzNews.az