15:17
(077) 610-22-33

Bakıda Gürcüstana məxsus qatar yandı- Yenilənib

  • >
803 3 Aprel 2014 08:13 | Hadisə

Bakıda Gürcüstana məxsus qatarda yanğın hadisəsi baş verib.
Bu barədə AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, bu gün saat 05.00 radələrində Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarı Qaradağ rayonu ərazisində, Ələt istiqamətində hərəkətdə olarkən qəfildən yanmağa başlayıb. Yanğın 4 vaqonu əhatə edib.

N. Əzməmmədov deyib ki, qatarlar Gürcüstanın Batumi şəhərindən Qırğızıstanın paytaxtı Bişkekə yük aparırmış: "Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasedicilər çalışır. Hadisə yerinə təcili yardım həkimləri də göndərilib.

N.Əzməmmədov bildirib ki, ilkin ehtimala görə, hadisə elektrik naqillərində qısa qapanma nəticəsində baş verib. Yanğın zamanı xəsarət alan olmayıb. (09.37)

***
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzNews.az-a bildirib ki, Gürcüstandan Bakıya soyuducu gətirən yük qatarında baş verən yanğın söndürülüb: "Hazırda yol da açılıb. Qatarların hərəkətində heç bir problem yoxdur".

Amid Əyyuboğlu
AzNews.az
Bağla X