Yanan qatarla bağlı komissiya yaradıldı

Gürcüstana məxsus yük qatarlarının Bakıda yanması ilə bağlı komissiya yaradılıb.

Bu barədə məlumatı AzNews.az-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. O bildirib ki, güclü külək vaqonların damını dağıdıb və nəticədə elektrik xətlərində qısaqapanma yaranıb və yanğın baş verib: "Qatar Gürcüstana məxsus olduğundan bu ölkənin müvaffiq qurumuna məlumat verilib. Gürcüstan tərəfindən dərhal komissiya yaradılıb və sözü gedən nümayyəndə heyəti Bakıya gələcək. Baş verən hadisədə Azərbaycan tərəfinin heç bir günah yoxdur. Çünki vaqonların dam örtükləri nasaz vəziyyətdə oluduğundan bu baş verib. Ona görə də Gürcüstan tərəfi bunu araşdırdıqdan sonra qatar yola salınacaq. Yanmayan vaqonlar isə depoya aparılıb".

Amid
AzNews.az