Qeyri-sabit hava şəraiti ilə bağlı açıqlama

Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti aprelin 4-ü günün ikinci yarısından mülayimləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də günün birinci yarısında buludlu hava şəraiti üstünlük təşkil ediləcək, bəzi yerlədə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 4-də günün birinci yarısında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə qulu qar və qar yağacaq. Günün ikinci yarısında yağıntılar kəsəcək. Cənub-qərb küləyi arabir güclənəcək.

Aran rayonlarında aprelin 4-də havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 0-5 , gündüz 3-8 dərəcə isti olacaq.

AzNews.az