05:08
(077) 610-22-33

Azərbaycanda polis zabiti tutuldu

  • >
1 637 3 Aprel 2014 12:05 | Hadisə

Azərbaycanda polis zabiti saxlanılıb.

APA-nın məlumatına görə, Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.

Onun nədə ittiham olunduğu açıqlanmır.

Hadisə şahidlərinin verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları V. Filiyevi Balakən şəhəri ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında tutublar.

Balakən Rayon Polis Şöbəsindən V. Filiyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığını təsdiqləsələr də, polis zabitinin saxlanılmasının detallarını açıqlamayıblar.

AzNews.az
Bağla X