İmişlidə ağır qəza: 1 ölü, 1 ağır yaralı

İmişlidə baş verən avtoqəzada bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, avtoqəza bu gun saat 15.00 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayon Ağammədli kəndi ərazisində qeydə alınıb. İmişli rayon sakini Şıxəliyev Əli Hüsü oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 FG 657 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdən gələn Göyçay rayon sakini Əmirov Şakir Zakir oğlunun idarə etdiyi "Mersedes" markalı 99 DF 695 minik maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü hadisə yerində dünyasını dəyişib. "Mersedes" markalı avtomobil isə zərbənin gücündən yoldan çıxaraq kənara düşüb. Hadisə yerinə FHN-nin Kürdəmir rayonu üzrə xilasediciləri cəlb olunub. "Mersedes" markalı avtomobildə sıxılı vəziyyətdə qalan sürücü çıxarılaraq İmişli rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ciddi bədən xəsarətləri alan sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az