Dəhşətli yol qəzasının - Videogörüntüləri

Sosial şəbəkələrdə bir müddət əvvəl baş vermiş dəhşətli qəzanın videogörüntüləri yayılıb. Belə ki, sürətlə hərəkət edən Dövlət Yol Polisinə məxsus avtomobil ağaca çırpılıb.

ANS PRESS-in məlumatına görə, Dövlət Yol Polisinin avtomobilinin sürücüsü yolun hərəkət hissəsinə çıxmış piyadanı vurmamaq üçün maşının istiqamətini dəyişib. Nəticədə avtomobil gəldiyi sürətlə yol kənarındakı ağaca çırpılıb.

Təhlükəszilik kamerasına düşmüş videogörüntüdən aydın görünür ki, qəzadan xilas olan piyada xəsarət alan sürücüyə yardım etmək əvəzinə hadisə yerindən yayınmağa çalışır.

Videogörüntünü sizə təqdim edirik



AzNews.az