Sabah 23 dərəcə isti olacaq

Sabahdan Azərbaycanda havanın temperaturu yenidən yüksələcək. Havanın temperaturu bəzi ərazilərdə 23 dərəcəyə çatacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-7, gündüz 16-21 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 5-də hava əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

Aran rayonlarında aprelin 5-də havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-4 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

AzNews.az