Genişmiqyaslı layihəyə start verildi


Ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin başlanmasının 110 illiyi ilə bağlı AVCİYA-nın genişmiqyaslı layihə həyata keçirib. Bu barədə Aznews.az-a qurumdan məlumat daxil olub. Məlumatda bildirilir ki, XVIIIəsrin sonlarından başlayaraq Çar Rusiyası Cənubi Qafqaz ərazilərini özünə birləşdirməyə başladı. İmperiya siyasəti nəticəsində Azərbaycan torpaqları parçalandı və Azərbaycan xalqı bölünmüş xalqa çevrildi. Erməni basqınları əvvəllər xaotik, təsadüfi xarakter daşısa da, sonradan, 1905-ci ildən silahlı basqınlar düşünülmüş, planlaşdırılmış və kütləvi xarakter aldı:

"1905-1907-ci illərdə ermənilər Azərbaycan ərazilənridə onlarla genişmiqyaslı qanlı əməliyyatlar həyata keçirmiş, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə yeksan etmiş, minlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirərək soyqırım törətmişlər. 1905-1906-cı ilin soyqırım xronologiyasına diqqət yetisək görərik ki, Bakıda, İrəvanda, Gəncədə, İrəvan qəzasına adi kəndlərdə, Naxçıvan qəzasında, Şərur-Dərələyəzdə, Şərurda, Eçmiədzin qəzasında, Sürməli qəzasında, Ərəş qəzasında, Şuşa qəzasında, Xocalıda, Cavanşir qəzasında, Zəngəzur qəzasında, Qazax qəzasında, Tiflis şəhərində kütləvi qırğınlar törtəmişlər. Ümumiyyətlə, 1905-1906-cı illərdə ermənilər İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran etmiş, əhalisini etnik təmizlənməyə və soyqırıma məruz qoymuşdular".

Qeyd olunurki, bu cinayətlər nəticəsində son yüz il ərzində 2 milyondan artıq azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb, xüsusi qəddarlıqla soyqırıma məruz qalıb: "Qarşıdan gələn 2015-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi soyqırım aktlarının, cinayətlərin və qırğınlarının 110 illiyi tamam olur. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) bununla bağlı ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım cinayətlərinin, erməni xislətinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində genişmiqyaslı layihəyə start verib".

Qeyd edək ki, layihənin portalı www.1905.az ünvanında fəaliyyətə başlayıb. BMT-nin işçi dilləri və region dövlətlərin də dilləri daxil olmaqla 12 dildə olan sayt hələlik test rejimində işləyir.

İntiqam
AzNews.az