Jurnalisti əxlaqsızlıq yuvasında girov saxladılar – Bakıda


"İnterpress.az" xəbər saytının əməkdaşı Səxavət Məmməd "Odnoklassnik" sosial şəbəkəsində fahişəlik xidməti təklif edənlər tərəfindən girov saxlanılıb.

AzNews.az-a saytdan verilən məlumata görə, adıçıkilən sayt vasitəsi ilə kişilərin tələyə salınması barədə mətbuatda xəbərlər yayıldıqdan sonra məsələni araşdırmaq üçün jurnalist qadınlardan biri ilə əlaqə saxlayaraq, onların təklif etdiyi ünvana gedib: "Jurnalist 1 qadınla masada görüşdüyü zaman, əlavə iki qadın da həmin stola yaxınlaşıb. Həmin qadınlar da bu masaya əyləşərək martini sifariş ediblər. Baş verənlərlə bağlı reportaj hazırlamaq üçün bu məkanda olan müxbirə 4 martini üçün 130 manat hesab gəlib. Hazırda əməkdaşımızdan bu məbləğin ödənilməsi tələb olunur. Əks-təqdirdə onu döyəcəkləri ilə hədələyirlər".

Saytdan o da qeyd olunub ki, üzərində heç bir adı olmayan həmin məkan paytaxtın Puşkin küçəsində "Anadolu" restoranının yaxınlığında yerləşir.

AzNews.az