Hava yenidən pisləşəcək: qar yağacaq

Azərbaycanda yenidən qeyri-sabit hava şəraiti hökm sürəcək, güclü şimal küləyi əsəcək, bəzi ərazilərə qar yağacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, aprelin 6-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 6-da hava yağıntılı olacaq, bəzi yerlərədə sulu qar, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, güclü şimal-qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Dağlara havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.

AzNews.az