Qaz borusunda partlayış: xəsarət alan var

Ağcabədi şəhərində qaz borusunda partlayış baş verib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aprelin 4-də Ağcabədi şəhərində yaşayan Eldəniz Nərimanovun həyətindən keçən qaz borusundan təbii qazın sızmasından ani partlayış baş verib.

Hadisə nəticəsində E.Nərimanov yüngül xəsarət alıb.
Faktla əlaqədar araşdırma aparılır.

AzNews.az