Gəncə şəhərində dəhşətli yol qəzası - 6 ölü - Yenilənib - FOTO

Gəncədə 6 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 18.30 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib. Şəmkir rayon Zəyəm qəsəbə sakini, 1986-ci il təvəllüdlü Vasif Rafiq oğlu Rəcəbovun idarə etdiyi 40 BD 971 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomobillə, Şəmkir rayon Könüllü kənd sakini, 1984-cü il təvəllüdlü, Elməddin Seyfəddin oğlu Məmmədovun idarə etdiyi, 57 BT 795 dövlət nömrə nişanlı "VAZ 21015" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "VAZ 2105"-in sürücüsü də daxil olmaqla sərnişinlər Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Taleh Telman oğlu Leqmanzadə, 1977-ci il təvəllüdlü İlham Nazim oğlu Əskərov, 1978-ci il təvəllüdlü Elxan İsa oğlu Seyidov, Şəmkir rayon Könüllü kənd sakini, 1987-ci il təvəllüdlü Seymur Rakif oğlu Hüseynov, Şəmkir rayon sakini, 1977-ci il təvəllüdlü Elşad Elman oğlu Osmanov hadisə yerində ölüblər. Cəsədlər ciddi deformasiyaya uğramış avtomobilin salonundan FHN əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsi ilə çıxarılıb.

Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin və Gəncə şəhər Prokurorluğunun əməkdaşları tədqiqat aparıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq aparılır.

**** 19.07

Azərbaycanın Gəncə şəhərində dəhşətli yol-nəqliyyat qəzası qeydə alınıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 18:00 radələrində şəhərin Nizami küçəsi ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində baş verib.

57 BT 795 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə 40 BD 971 dövlət nömrə nişanlı "KamAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində 6 nəfər dünyasını dəyişib. Hazırda ölən şəxslərin adları müəyyənləşdirilir.


AzNews.az
image description image description image description image description