04:02
(077) 610-22-33

Sabah hava yağmursuz olacaq

  • >
743 6 Aprel 2014 12:49 | Hadisə

Sabah Azərbaycan ərazisində hava yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.

Havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 12-14 dərəcə olacaq.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 1-6 dərəcə, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Aran rayonlarında aprelin 7-də havanın temperaturu gecə 3-8 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.

AzNews.az
Bağla X