2 yaşlı uşaq bacısını güllələdi



Amerikada, Filadelfiyada 2 yaşlı uşaq tapança ilə 11 yaşlı bacısını güllələıyib.

AzNews.az İTAR TASS - a istinadən xəbər verir ki, uşaq tapançanı yataq otağından tapıb. Tapança onun valideynlərinə məxsus olub. Tapançanı götürən uşaq bilmədən tətiyi çəkib və güllə 11 yaşlı bacısının sinəsinə dəyib. Qızı xəstəxanaya çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə vaxtı evdə ana və uşaqlar olsa da, bir anlıq körpənin nəzarətsiz buraxılması və odlu silahın ehtiyatsız saxlanması belə dəhşətli ailə faciəsinə səbəb olub.

Əli
AzNews.az