04:26
(077) 610-22-33

Alternativ yollardan istifadə edin- sürücülərə müraciət

  • >
547 7 Aprel 2014 07:47 | Hadisə

Mərkəzi yollardan biri təmirlə əlaqədar bağlanıb



Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyev bildirib ki, paytaxtın Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelin çıxışına qədər olan hissəsi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb.

Onun sözlərinə görə, aprelin 6-da hərəkət dayandırılmadan 300 metrdən artıq məsafədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi ilə qaşınması həyata keçirilib: "Artıq həmin ərazi aprelin 6-dan 7-nə keçən gecə bağlanıb. Hazırda yeni asfalt-beton örtüyünün vurulmasına hazırlıq işləri gedir. Aprelin 8-i səhər saatlarından etibarən yeni asfalt-beton örtüyünün vurulmasına başlanılacaq".

Bununla əlaqədar, P.Mürsəliyev sürücüləri alternativ yollardan istifadə etməyə çağırıb.

AzNews.az
Bağla X