07:59
(077) 610-22-33

Krımda rus hərbçisi atəş açdı: Ukraynalı mayor qətlə yetirildi

  • >
1 145 7 Aprel 2014 12:36 | Hadisə


Krımda Rusiya Ordusunun hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin əsgərini qətlə yetirib.

AzNews.az-ın məlumatına görə, hadisə aprelin 6-da yerli vaxtla saat 23.40-a baş verib.

Ukrayna Müdafiə Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, qeyd olunan vaxtda yarımadanın Saki rayonu Novofeodorovka qəsəbəsində zabit yataqxanasında AK-74-dən açılan atəş nəticəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) piyada bölməsinin serjantı E.S. Zayçev Ukrayna Ordusunun mayoru Stanislav Karaçevskinin güllələyib. Ukrayna HDQ-nın zabiti olan S. Karaçevski yerindəcə keçinib. Güllə onun baş və sinə nahiyyəsindən dəyib.

Bundan başqa hadisə yerinə gələn ukraynalı zabit Artyom Yermolenko isə Rusiya hərbçiləri tərəfindən vəhşicəsinə döyülərək, girov götürülüb.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.

AzNews.az
Bağla X