Cəbhədə gərginlik davam edir

Cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli və Tərtər rayonunun Nəmirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az