Ədliyyə Nazirliyi məhkəməyə verildi

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) Ədliyyə Nazirliyini məhkəməyə verib. AzNews.az xəbər verir ki, bununla bağlı Demokratik Təşəbbüslər İnstitutu məlumat yayıb. Məlumatda qeyd olunur ki, təşkilatın sənədləri peşəkar hüquqşünaslar tərəfindən 3-cü dəfə hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilib. Amma nazirlik siyasi səbəblərlə bağlı təşkilatı qeydiyyata almaqdan imtina edir. Qeyd edək ki, artıq institut 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məsələnin mahiyyəti barədə ictimaiyətə geniş məlumat veriləcək.

AzNews.az