18:40
(077) 610-22-33

Aqşin Yenisey istintaqa çağırıldı

  • >
1 934 9 Aprel 2014 10:36 | Hadisə

"Məni niyə dindirmək istədiklərini anlamıram"




Azərbaycanın tanınmış şairi Aqşin Yenisey Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Şairin istintaqa çağırılmağının səbəbi Vergilər Nazirliyi tərəfindən 150 min manat məbləğində cərimələnən "Qanun" nəşriyyatı ilə əməkdaşlıq etməsidir. Bu barədə AzNews.az-a şairin özü məlumat verib: "Bu gün səhər mənə zəng vurub dedilər ki, saat ikidə idarədə ol. Mən də nə o idarəni tanıyıram, nə də oranın rəisini. Bilmirəm neynəmişəm ki, istintaqa çağırırlar. Mənə dedilər ki, səni "Qanun" nəşriyyatındakı vergi yoxlamaları ilə dindirəcəyik. Məni niyə dindirmək istədiklərini anlamıram. Orda sadəcə dörd kitabım çap olunub. İndi həmin kitabların siyahısını yazmışam ki, idarəyə gedəndə təqdim edim".

Qeyd edək ki, Vergilər Nazirliyi tərəfindən təzyiqlərə məruz qalan "Qanun" nəşriyyatı qurum tərəfindən böyük məbləğdə (150 min manat) cərimələnib.

İntiqam Valehoğlu
AzNews.az
Bağla X