Bakıda hərəkətin məhdudlaşdırılması davam etdiriləcək

Bakının mərkəzində hərəkətin məhdudlaşdırılması davam etdiriləcək.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) daxil olan məlumata görə, "Azəryolservis" ASC-dən NİİM-ə verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Səbayıl rayonu Neftçilər prospekti və Azneft dairəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma yolun 2 zolağı üzrə aparılacaq.

Qeyd edək ki, işlər aprelin 8-də həyata keçirilməli idi. Lakin dünən axşam yağan yağışla əlaqədar olaraq, rənglənmə işlərini tamamlamaq mümkün olmayıb.

AzNews.az