Bu dərman 17 nəfərin ölümünə səbəb oldu

Şizofreniyanın müxtəlif formalarının müalicəsi üçün nəzərdə tutulmuş yeni "Xeplion" dərmanı Yaponiyada 17 adamın ölümünə səbəb olub.

ANS PRESS-in məlumatına görə, dərman istehsalçısı "Janssen Pharmaceutical K.K." şirkəti faktı təsdiqləyib. Noyabr ayından başlayaraq, preparat Yaponiyada 10 min adama yazılıb.

Müəyyən edilib ki, pasientlərin ölümünə miokard infarktı, ağ ciyər emboliyası və ya boğulma səbəb olub. Bununla belə, Yaponiyanın "İomiuri" qəzeti yazır ki, yeni preparatla ölümün birbaşa əlaqəsi hələ dəqiq müəyyən edilməyib.