Daha bir prospekt təmir olunur

Bakıda Xocalı prospektində təmir işlərinə başlanılıb. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyev deyib ki, təmir edilən ərazinin uzunluğu 1100 metrə yaxındır. Onun sözlərinə görə, hazırda həmin ərazidə köhnə beton bardürlərin sökülərək daşınması və köhnə asfalt beton örtüyünün qaşınması işləri həyata keçirilir.

ASC rəsmisi əlavə edib ki, köhnə bardürlər sökülüb daşındıqdan sonra yeni mərmər bardürlərin qoyulması işlərinə başlanılacaq və bunda sonra da yeni asfalt beton örtüyü salınacaq.

AzNews.az