- Köhnə - Hadisə
- 10 Aprel 2014 09:34
- 3 948
“Buqatti”yə görə ittiham olunan rəisin müavini: “Gedin, PA-ya müraciət edin”
AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Mehman Əliyevlə danışıb. Rəis müavini bildirib ki, xəbərlə tanışdırlar. Daha sonra isə əlavə edib ki, həmin xəbəri verən kişdirsə, adını da yazardı. İnformasiyanı ötürən şəxsin təhlükəsizlik məsələsini xatırladanda isə M.Əliyev rəisini belə müdafiə edib:
"Musa müəllim idarə rəisidir. "Buqatti" adlı gecə klubunun rəhbəri deyil. Əvvala kulubun rəhbəri Səbuhi adlı şəxsdir və mən onu idarəyə çağırıb danışdırdım. Məlumat yalandır. Biz məlumatı ötürən adamı da axtarırıq. Bunu kim isə qəsdən edib".
Mehman Əliyev gecə klubundakı döyülmə xəbərinə kinayə ilə "dünya dərəbəylikdir ki, gecə kulubuna kimisə salıb döysünlər və yaxud artıq pulunu alsınlar?" cavabını verib və ardınca əlavə edib ki, övladından 170 manat artıq pul alınan valideynin şikayətinə Nəsimi rayon 22 polis bölməsində baxılmayıbsa, Prezident Administrasiyasına, Daxli İşlər Nazirliyinə şikayət etsin.
Əməkdaşımızın "Disko barlara polis idarəsindən necə nəzarət olunur" sualına isə rəis müavini belə cavab verib:
"Nəinki Nəsimidə, o cümlədən Bakının müxtəlif yerlərində gecə klubları fəaliyyət göstərir. Burda nə var ki? Mən cavan oğlanam, oraya dincəlməyə gedirəm. Bakıda keçirilmiş "Avroviziya" yarışmasında da dünyanın bütün jurnalistləri tökülüb bura gəlmişdilər. Onda deyərdilər ki, bu barları bağlayın da. Bunun fəaliyyətindən bir qonşu şikayət etmirsə və heç kimə maneçiliyi yoxdursa, niyə oranı bağlamalısan ki?"
Sonra isə Mehman Əliyev bayaqdan təqdir etdiyi diskobarların fəaliyyəti ilə bağlı idarəyə deyil, Daxili İşlər Nazirliyinə müraciət etməyimizi məsləhət gördü:
"Kimsə hüquq pozuntusu edirsə, biz dərhal onun qarşısını alacağıq və nə tədbirdə lazımdır görəcəyik".
Söhbətin sonunda rəis müavini Səbuhi adlı şəxsin onun tərəfindın idarəyə çağırıldığını danıb : "Onu mən çağırmamışam və heç onu da tanımıram. O idarəyə çağrılıb. Amma Səbuhi mənim tərəfimdən çağırılmayıb. Kimin tərəfindən çağırıldığını bilmirəm. Bildiyim odur ki, çağırılıb"
AzNews.az