“Facebook”da tanış olan qız şantaj edilir: lüt şəkilləri ilə

Bakı şəhər, Suraxanı rayon sakini olan qız sevgilisinin şantajının qurbanı olub. Lent.az-ın məlumatına görə, bu barədə vesti.az-a Suraxanı rayon Polis İdarəsindən bildirilib. 33-cü polis bölməsinə müraciət edən Odlar Yurdu Universitetinin Tahirə adlı tələbəsi (ad şərtidir) qeyd edib ki, Nizami rayonunda yaşayan Əli adlı oğlanla 2012-ci ildə sevgili olublar. Daha sonra münasibətləri korlandığından həmin oğlan qızı şantaj etməyə başlayıb. Həmin şəxs Tahirəyə bildirib ki, onun lüt şəkillərini yaşadığı evin divarlarına yapışdıracaq və bu yolla onu el-aləmə rüsvay edəcək. Əli adlı şəxs qızdan xeyli miqdarda pul da tələb edib və pulu çatdırmasa, dediyini edəcəyinə söz verib.

Gənc qız bildirib ki, Əli ondan indiyədək yuxarıda qeyd edilən şantaj vasitəsi ilə 3100 manat pul alıb. Həmçinin o bildirib ki, o, Əli ilə "facebook" vasitəsi ilə tanış olub. Ərizədən bəlli olur ki, həmin Əli adlı şəxs paytaxtın gecə klublarından birində DJ işləyir.

DJ oğlanın qızı şantaj etdiyi fotolara polis baxış keçirib. İlki baxış nəticəsində həmin fotoların montaj olduğu üzə çıxıb.

İlkin araşdırmalar göstərir ki, Tahirə Əlinin evində olub və oğlan qızı öz valideynləri ilə tanış edib.

Araşdırmalar davam etdirilir.

AzNews.az