"Dövlət sərhədi nişanlarla bərkidiləcək" "Dövlət sərhədi nişanlarla bərkidiləcək"

Azərbaycan Rusiya ilə sərhədlərini möhkəmləndirir - Açıqlama

"Dövlət sərhədi nişanlarla bərkidiləcək"



Azərbaycan Rusiya ilə sərhədlərini bərkidəcək. Bunu hakim partiyanın saytına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstanla bərabər Rusiya arasındakı dövlət sərhədində delimitasiya məqsədləri üçün müvafiq işlər aparıb: "Təbii ki, bu mövzuda məsələlərin həlli zamanı mübahisələr də yaranıb. Buna baxmayaraq, tərəflər ardıcıllıqla bütün sərhəd xəttini müəyyən ediblər. Hazırda Azərbaycan ilə Rusiya arasında 390 km uzunluqda olan dövlət sərhədi delimitasiya olunub". Komitə sədri deyib ki, Azərbaycanın tarixində ilk dəfə olaraq Rusiya arasında dövlət sərhədinin keçməsi hər iki dövlət tərəfindən razılaşdırılıb: "Yaxın vaxtlarda dövlət sərhədinin nişanlar ilə bərkidilməsi prosesinə başlanacaq".
Q.Məmmədov deyib ki, Azərbaycanla Gürcüstan arasında hələ ki, delimitasiya işləri tamamlanmayıb və ekspertlər tərəfindən mütəmadi görüşlər və sərhəd zolağında müvafiq ölçmə işləri həyata keçirilir.

Amid Əyyuboğlu
AzNews.az