16:45
(077) 610-22-33

Azərbaycanda saxlanılan erməni ölkəsinə təhvil verildi

  • >
528 10 Aprel 2014 12:59 | Hadisə

Azərbaycanda saxlanılan erməni vətəndaşı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında bu gün Ermənistana qaytarılıb. Bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.

Repatriasiyadan əvvəl, BQXK-nın nümayəndələri saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün mülki şəxsə baş çəkmişlər. Təşkilatın nümayəndələri, həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlayıblar.

BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycanın və Ermənistanın hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı olub. İnternə olunmuş şəxs, BQXK nümayəndələrinə geri qayıtmaq arzusunu təsdiqləyib.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda 1992-ci ildən bəri fəaliyyət göstərir.

AzNews.az
Bağla X