Göyçay sakini itkin düşdü

Göyçay rayon sakini, 1969-cu il təvəllüdlü Sərdar Xanlar oğlu Abdullayev itkin düşüb.

Aznews-az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Abdullayev bu ilin aprel ayının 8-də müəmmalı şəkildə yoxa çıxıb. Qohumları bu gün onun paltarlarını Göyçay rayon ərazisindən keçən Şirvan kanalının qırağından tapıblar. S.Abdullayevin atası X.abdullayev əməkdaşımızla söhbətində bildirib ki, oğlunun intihar etdiyini düşünür:
"Çünki borcları var idi. Kasıb olduğundan borcunu qaytara bilmirdi. Çox güman ki, o intihar edib".

Əraziyə Fövqəladə Hallar Nazirliyinin və rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Axtarışlar davam etidirlir.

İntiqam Valehoğlu
AzNews.az