Bakı metrosunda həyəcan: sərnişinlər qatardan boşaldıldı

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "Həzi Aslanov - Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Ulduz - Nəriman Nərimanov" stansiyaları arasında təxminən 10 dəqiqə tuneldə qalmalı olub.

Məsələ Bakı Metropolitenindən "APA-Economics"ə qatarın hərəkətində fasilənin yaranmasına "Həzi Aslanov - İçərişəhər" istiqamətində hərəkət edən qatarda texniki nasazlığın olması ilə izah edilib. Nəticədə sərnişinlər qatardan boşaldılıb, nasaz qatar isə depoya göndərilib.

Hazırda qatarların hərəkəti bərpa olunub.


AzNews.az