“Region TV“ təkzib edir: “Yayılan xəbərlər əsassızdır“

"Bəzi elekron media orqanlarında "Yurd TV"-nin "Region TV" ilə birləşdirilməsi ilə bağlı yayılan xəbərlər əsassızdır". Bu bardə Trend-ə "Region TV"-nin Media Mərkəzinin direktoru Elnur Şibliyev məlumat verib.

E.Şibliyev qeyd edib ki, "Yurd TV" və "Region TV" bir-birindən tamamilə fərqli media qurumlarıdır: "Yurd TV"nin yayımını internet vasitəsi ilə həyata keçirdiyini nəzərə alsaq, görərik ki, bu kanalın "Region TV" ilə birləşdirilməsi qeyri-mümkündür və absurddur. Bununla bağlı yayılan məlumatlar da heç bir həqiqəti əks etdirmir".

"Region TV"-nin Media Mərkəzinin direktoru onu da qeyd edib ki, "Yurd TV"-də kifayət qədər peşəkar kadr çalışır: "Təbii ki, "Region TV" də digər telekanallar kimi ehtiyac yaranarsa, həmin işçilərlə əməkdaşlıq edə bilər".

AzNews.az