Heydər Əsədov şöbə müdirini işdən çıxardı

Kənd təsərrüfati naziri Heydər Əsədov yeni əmr imzalayıb.

Əmrə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Neymətulla oğlu Məcidovu işdən çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, Rafiq Məcidovla bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

AzNews.az