İlham Mirzəyevə cinayət işi açıldı- Yenilənib-2

Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə redaksiyamıza məlumat daxil olub.

Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir.

Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.

DİN mətbuat xidmətindən "Azadlıq"ın əməkdaşına teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər. /Azadliq.info/(13.16)

***

Azərbaycanda tanınmış teleaparıcı saxlanılıb.

Bu barədə APA-ya vəkil Cavanşir Süleymanov məlumat verib.

C. Süleymanov İ. Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: "Məndə olan məlumata görə, hazırda idarədədir".

İ. Mirzəyevin vəkili Xanlar Ələkbərzadə isə teleaparıcının saxlanılması barədə məlumatı olmadığını deyib.

APA-nın əldə etdiyi məlumata görə, İ. Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.(14.18)

***

Bakı sakini İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb. Bu barədə AzNews.az-a DİN-dən məlumat verilib.


AzNews.az