03:23
(077) 610-22-33

Elnur Aslanovun yerinə təyinat oldu- FOTOLAR

  • >
3 384 12 Aprel 2014 09:39 | Hadisə

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına yeni şöbə müdiri təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Səadət Yusifovanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam verib.

Sərəncamda qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq Səadət Vidadi qızı Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri təyin edilsin.

S. Yusifova buna qədər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

Məlumat üçün bildirək ki, S. Yusifova həm də BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimidir. O, ötən il dövlət qulluğunda fərqlənməyə görə medalla da təltif olunub.



Qeyd edək ki, bu vəzifəni bundan əvvəl Elnur Aslanov icra edib. O, bir müddət bundan əvvəl ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilmişdi.


AzNews.az
Bağla X