Dörd avtomobil toqquşdu: iki ölü

Azərbaycanda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, aprelin 12-də saat 23:00 radələrində Abşeron rayonu Novxanı qəsəbəsinin ərazisində İsmayıllı rayon sakini Hacı Ağayevin idarə etdiyi "Mercedes", Bakı şəhər sakini Elşən Qurbanovun idarə etdiyi "BMW", Abşeron rayon sakinləri Mətləb Rzayevin idarə etdiyi "Mercedes" və Vüqar Ələkbərovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində H.Ağayev və sərnişini, Naxçıvan şəhər sakini Vüqar Rüstəmov hadisə yerində ölüblər.

AzNews.az