Maşından silah-sursat tapıldı

Bakıda avtomobildən silah-sursat tapılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Qəşəm Əhmədovun idarə etdiyi "Mercedes-Vita" markalı avtomobildən sandıqçasında 15 ədəd patronu olan 1 ədəd "WC-401" markalı pnevmatlk tapança aşkar ediblər.

Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az