Azərbaycanda “nurçu əməliyyatı“ bu evdə olub- VİDEO

Xəbər verdiyimiz kimi, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində "Nurçuluq" dini təriqətinin "sunqurçular" cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Anspress xəbər verir ki, polisin xüsusi əməliyyat keçirdiyi Yasamal Rayonu, Xıdır Mustafayev 216 saylı evdə 17 nəfər qeydiyyatdadır. Evin sahibinin Hacı ləqəbli şəxs olduğu deyilir. Onların əksəriyyəti dövlət orqanlarında çalışırlar. Lakin 2 mərtəbəli bina yaşayış evindən çox dini ocaq kimi fəaliyyət göstərirmiş. Polis binada xidmət aparıb və binaya daxil olmağa imkan vermirlər.

Şahidlərin sözlərinə görə, iki mərtəbəli bina mədrəsə kimi fəaliyyət göstərirmiş. Polisin ötən günkü əməliyyatından sonra bina polis tərəfindən mühafizə olunur.

Ərazidə yaşayan sakinlər qeyd edirlər ki, evdə ibadətlə məşğul olanlar hansı təriqətə mənsub olduqlarını gizlətməyiblər.

Hadisə zamanı saxlanılanl 41 nəfər Yasamal Rayon Polis İdarəsinə aparılıb, onlardan heç biri buraxılmayıb.

AzNews.az