00:42
(077) 610-22-33

Məcburi köçkünlər aksiya keçirir- FOTO

  • >
968 15 Aprel 2014 10:11 | Hadisə

Bir qrup məcburi köçkün bu gün səhər saatlarından Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binası qarşısında aksiya keçirir.

APA-nın verdiyi məlumata görə, məcburi köçkünlər öncə binanın qarşısından keçən Tbilisi prospektini bağlayıblar. Polisin müdaxiləsindən sonra yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.

Hazırda aksiyaçılar Dövlət Komitəsinin binası qarşısında toplaşıblar. Onlara komitə rəsmiləri tərəfindən qəbul olunacaqları bildirilib.

Aksiya keçirən şəxslər vaxtilə Binəqədi rayonunun 9-cu mikrorayonu ərazisində yanğın baş vermiş çoxmərtəbəli binada məskunlaşan Ağdam, Xocalı, Kəlbəcər, Xocavənd rayonundan olan məcburi köçkünlərdir. Onlar sonradan Mehdiabad qəsəbəsindəki məcburi köçkün şəhərciyində yerləşdirilsələr də, yaşayış yerlərində sıxlıqla bağlı narazılıqlarını bildiriblər.

Aksiyaçıların bir qismi isə hələ də onlara yer ayrılmadığını deyiblər.

AzNews.az
Bağla X