11:34
(077) 610-22-33

Rumıniya mətbuatında Kəlbəcərin işğal edilməsi ilə bağlı məqalə

  • >
1 556 16 Aprel 2014 07:25 | Hadisə

Rumıniya mətbuatında Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı məqalə dərc olunub.

Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, aprelin 14-də Rumıniyada geniş oxucu kütləsinə malik "Ultima ora" (son saat) qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyinin 2-ci katibi Tehran Şükürovun "Beynəlxalq hüququn kobud şəkildə pozulması - Azərbaycanın Kəlbəcər rayonunun işğalından 21 il keçir" (http://ultimaora.digi.ro/wp-content/uploads//Azerbaidjan.pdf) sərlövhəli məqaləsi dərc olunub, internet səhifəsində isə eyni adlı məlumat yerləşdirilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, hüquqi aspektləri, Ermənistanın işğalçı siyasəti, münaqişənin sülh yolu ilə həlli prosesi, habelə təcavüzkar Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi barədə geniş məlumat verilib.

Məqalədə, həmçinin Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından olan Kəlbəcərin ölkənin əhəmiyyətli strateji nöqtəsi sayıldığı, mühüm təbii resurslarla, tarixi mədəniyyət abidələri ilə zəngin olduğu, strateji üstünlüklərə malik Kəlbəcəri işğal etməsi ilə qısa zamanda Ermənistanın Azərbaycanın daha 5 rayonunu işğal etdiyi göstərilib.

AzNews.az
Bağla X