Heydər Əliyev prospektindəki yol açıldı- FOTO

Heydər Əliyev prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar şəhər istiqamətindəki bağlanmış kənar yol açılıb. Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar dünən axşam saat 22:00-dan etibarən bağlanmış Heydər Əliyev prospektində metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzinə doğru aparan kənar yol artıq bu gün səhər saatlarından istifadəyə verilib.

P.Mürsəliyev qeyd edib ki, aparılan işlər zamanı yol həm xüsusi texnika vasitəsilə toz və torpaqdan təmizlənib, həm də yolda xətləmə işlər aparılıb. "Azəryolservis"in sözçüsü bildirib ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub.

AzNews.az