20:54
(077) 610-22-33

Nazir rüşvət alan direktorla bağlı araşdırma başlatdı

  • >
1 591 17 Aprel 2014 07:53 | Hadisə

Təhsil Nazirliyi "Qafqazinfo"da Laçın rayon Ağgöl orta məktəbinin direktoru ilə bağlı elə həmin məktəbin müəllimi Vüqar Ağayoruvun şikayətinə aydınlıq gətirib.

"Qafqazinfo"nun sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, Təhsil Nazirliyinin tapşırığı ilə Ağgöl ümumi orta məktəbində Laçın Rayon Təhsil Şöbəsi (RTŞ) tərəfindən ətraflı araşdırma aparılıb. İşində yol verdiyi ciddi nöqsanlara görə məktəbin direktoru Hidayət İbrahimovun vəzifəsində qalıb-qalmaması barədə Laçın RTŞ Təhsil Nazirliyinə məktub göndərib. Yaxın günlərdə bu barədə müvafiq qərar qəbul olunacaq.

Qeyd edək ki, ötən ay hazırda Ağcabədi rayonunda yaşayan müəllim Vüqar Ağayarov şikayət məktubu ünvanlamışdı. O, məktubda bildirib ki, Ağcabədi ərazisində yerləşən Laçın rayon Ağgöl ümumi orta məktəbinin müəllimi işləyir və həmin məktəbdə ona təzyiqlər edilir:

"Mən bu məsələlərlə bağlı əlaqədar idarə və təşkilatlara da məlumat vermişəm, təəssüf ki, məktəbin direktoru Hidayət İbrahimovun etdiyi özbaşınalıqlarla bağlı tədbir görən yoxdur. Çünki Laçın rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev onun arxasında durur, bütün qanunsuz əməllərini dəstəkləyir".

Xatırladaq ki, V.Ağayarov direktorun səs yazısını da saytımıza təqdim etmişdi.

Sözügedən yazını BURADAN geniş şəkildə oxuya bilərsiniz.

AzNews.az
Bağla X