04:33
(077) 610-22-33

Vəhabi peşman, nurçu isə günahsız olduğunu deyib – Monitorinq

  • >
1 970 17 Aprel 2014 13:11 | Hadisə

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında və müvəqqəti saxlanma yerində monitorinq keçirib.

Bu məlumatı AzNews.az-a Elçin Behbudov verib. E. Behbudov orada saxlanılan 2 nəfərlə görüşdüyünü bildirib: "Suriyada qanunsuz hərbi birləşmələrdə döyüşmüş Qəbələ rayon sakini Həsənov Əhməd Elxan oğlu ilə görüşdüm. O, Suriyada 6-7 ay döyüşüb ölkəyə qayıtdıqdan sonra dövlət orqanları tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 279-cu - qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma maddəsi ilə təqsirləndirilir. Elxan Həsənov Suriyaya getməsində özünü gunahkar hesab edir və peşimandır. Saxlanılan şəxs onun vasitəsilə Suriyaya döyüşməyə gedən və yaxud getmək istəyən azərbaycanlıları bu yoldan çəkinməyə çağırıb".

Hüquq müdafiəçisi bir neçə gün əvvəl nurçularla bağlı keçirilən əməliyyat zamanı saxlanılan Hacıyev Eldəniz Ağməmməd oğlu ilə də görüşdüyünü deyib: "O bildirib ki, evində qanunsuz addım atmayıb və sadəcə dini maarifləndirici işlərlə məşğul olub. Bir sözlə saxlanılan şəxs özünü günahkar bilməyib".

Amid
AzNews.az
Bağla X