Azərbaycanlı jurnalist deportasiya olundu

"Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov Türkiyədən deportasiya edilib.

Bu barədə məlumatı Türkiyədə yaşayan jurnalist Şeyda Nəsibli verib. bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra deportasiya avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.

Jurnalistin deportasiya proseduru üçün Əmniyyət İdarəsinin xarici vətəndaşlar şöbəsinə aparıldığı bildirilir. Hazırda deportasiya üçün sənədlər hazırlanır və jurnalist Azərbaycana göndəriləcək. Ailə isə görüşə icazə verilmir. (modern.az)